Moskvanın MOİK komandası "Real"ı darmadağın etdi, amma qrupda qaldı


Digərləri 12 Dek 2018 23:58:11 818 0

Moskvanın MOİK komandası "Real"ı darmadağın etdi, amma qrupda qaldı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində "Real Madrid"lə Rusiyanın MOİK komandası qarşılaşıb.

Bakı. Rauf Quliyev - UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində "Real Madrid"lə Rusiyanın MOİK komandası qarşılaşıb. Trend-in məlumatına görə, "G" qrupunun oyunu "Santiaqo Bernabeu" stadionunda baş tutub, qonaq komanda madridlilərin qapısından 3 cavabsız qol keçirib. Oyunda hesabı 37-ci dəqiqədə Fyodor Çalov açıb, 6 dəqiqə sonra hesabda fərq artıb - Georgi Şennikov fərqlənib. Oyunda sonuncu qolu Arnor Siqurdson vurub. Beləliklə oyun 0:3 MOİK komandasının qəlbəsi yekunlaşıb. Qrupun digər oyunu Çexiyada keçirilib. "Viktoria Plzen" İtaliyanın "Roma"sını qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.