Çipsi kökəldir?


Digərləri 12 Dek 2018 23:21:00 997 0

Çipsi kökəldir?

Elə düşünürsüzsə ki, çips insanı kökəltmir o zaman yanılırsınız. 

Son.az medicina.az-a istinadən bildirir ki, tərkibində çoxlu miqdarda nişasta və yağ olması səbəbindən çipslər çox kalorili ərzaq hesab olunur. 

Belə ki, 100 qr çipsin tərkibində  510 kkal olur ki, bu da bir uşağın gündəlik aldığı kalori normasının yarısına bərabərdir. Qısacası çips piylənməyə səbəb olur. Çipslər çox duzlu olur. Həddən artıq duz isə uşaqların sümüklərinin normal inkişafına mane olur, maddələr mübadiləsini pozaraq, orqanizmin şişməsinə və ürək problemlərinə gətirib çıxarır. Yüksək qan təzyiqi olan insanlara çips yemək qətiyyən olmaz. Əks halda qəfil təzyiq qalxması baş verə bilər ki, bu da çox təhlükəlidir. İş burasındadır ki, düzün tərkib hissəsində olan natrium  özündə eyni vaxtda 400 molekul su saxlaya bilir. Belə olduqda ürək çoxlu miqdarda mayeni damarlara vurduğuna görə işi ağırlaşdığı üçün təzyiq qəfil artır.