"Fəlakət" heroqlifi Yaponiyada 2018ci ilin rəmzi elan olunub


Digərləri 12 Dek 2018 23:24:00 787 0

"Fəlakət" heroqlifi Yaponiyada 2018ci ilin rəmzi elan olunub

"Fəlakət" və ya "bədbəxtlik" mənasını verən "vazavay" heroqlifi Yaponiyada 2018-ci ilin rəmzi elan olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərar ölkə əhalisinin iştirakı ilə keçirilən ənənəvi illik ümummilli sorğu zamanı səs çoxluğu ilə qəbul edilib.

Yapon vərəqində 1,3x1,5 metr ölçüdə heroqlifi Kiotoda yerləşən "Təmiz su məbədi"nin rəhbəri, ənənəvi olaraq təşkil edilən ilin qrafik rəmzinin seçilməsi müsabiqəsinin təşəbbüskarlarından biri Seyhan Mori çəkib. Mərasim birbaşa yayımla "Nihon TV" telekanalı vasitəsilə nümayiş olunub.

Həmin heroqlifin seçilməsinin səbəbi kimi cari ildə ölkənin bir sıra regionlarını əhatə edən təbii fəlakətlər göstərilir. Cari ilin iyulunda "Prapirun" tufanı Yaponiyanın qərbində irimiqyaslı daşqınlara səbəb olub. Fəlakət nəticəsində 220 nəfər həlak olub, Osakada yerləşən "Kansay" beynəlxalq aeroportu tamamilə suyun altında qalıb.