ABŞ neftin qiymətinə dair proqnozunu azaldıb


Dünya 12 Dek 2018 23:30:00 595 0

ABŞ neftin qiymətinə dair proqnozunu azaldıb

ABŞ neftin qiyməti üzrə proqnozunu aşağı salıb.

AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatına istinadla xəbər verir ki, gələn il "Brent" markalı xam neftin bir barrelinin orta qiymətinin 61 dollar, "Light" neftinin qiymətinin isə 54 dollar/barrel olacağı nəzərdə tutulur.

EIA oktyabrdakı hesabatında 2019-cu il üzrə "Brent"in bir barrelinin qiymətinin 72 dollar, "Light" neftinin qiymətinin 65 dollar/barrel olacağını proqnozlaşdırırdı.