Böyrək və öd kisəsi daşlarından təbii yolla azad olun Qəpikquruşluq reseptlər


Digərləri 12 Dek 2018 22:53:00 621 0

Böyrək və öd kisəsi daşlarından təbii yolla azad olun  Qəpikquruşluq reseptlər

Böyrək və öd kisəsində olan daşlar zamanla ağrı verərək bir sıra narahatlıqlar yaradır. Bəzən isə daşların yerləşmə yeri və ölçüləri böyük olduğu üçün yalnız əməliyyatla kənarlaşdırmaq mümkün olur. Lakin onları təbii yollarla da əritmək mümkündür. 

Son.az medicina.az-a istinadən öd kisəsi və böyrək daşlarını əritmək üçün dərman bitkilərindən hazırlanmış bir sıra reseptlər təqdim edir. 

1) Böyrək qumunun tökülməsi üçün: 1 stəkan qoz ləpəsi, qıtıotu (xren) kökü və baldan hazırlanan məcun sayəsində oynaqlar cavanlaşır, ağrılar azalır. 

Xren kökünü 1 gecə dondurucuda saxlayın. Səhər onu və qoz ləpəsini xırdalayaraq ət maşınından keçirin. Daha sonra bal əlavə edərək 2 gün saxlayın. Hər səhər acqarına 1 ç/q və axşam yatmazdan əvvəl qəbul edin. Məcunu 5 gün içərək 5 gün fasilə verin. Məcun bitənə qədər bu minvalla davam edin. Müalicə kursunun sonunda böyrək qumunun ağrı vermədən xaric olduğunu görəcəksiniz. 

2) Böyrək daşlarının əridilməsi üçün: mərcangilə bitkisinin 1 dolu xörək qaşığı quru yarpaqlarını 3 stəkan suda 10 dəqiqə qaynadın. Daha sonra termosa tökərək 2 saat saxlayın. Gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için. Müalicə kursu 3 həftədir.