ABŞ prezidentlərinin evlilikləri FOTO


Digərləri 12 Dek 2018 22:44:00 1034 0

ABŞ prezidentlərinin evlilikləri  FOTO

Siz ABŞ prezidentlərinin toylarının dəbdəbəli mərasimlər olduğunu düşünə bilərsiniz, lakin Ağ Evdə yaşayana qədər bu cütlüklərdən çoxu sıradan bir gənc və bir-birinə aşiq idilər.

Son.az bildirir ki, oxu.az-ın hazırladığı materialda, onlardan bəzilərinin evlilik mərasimlərinin necə təvazökar olduğunu, birinci xanımlardan birinin gəlinlik paltarını toydan cəmi bir gün öncə seçdiyini, ilk prezidentin dul qadınla evləndiyini bildikdə təəccüblənəcəksiniz.

1905-ci ildə prezident Teodor Ruzveltin qardaşı qızı olan Eleonora Ruzvelt onun digər qohumu olan Franklin Delano Ruzveltlə ailə həyatı qurub. Onlar tanış olanda Eleonoranın 14, Franklinin isə 18 yaşı olub. Əlaqə kəsiləndən dörd il sonra onlar "Madison Square Garden"də at yarışı zamanı yenidən görüşublər. Evlilik təklifi zamanı Franklinin 22, Eleonoranın isə 19 yaşı olub. Xanımın hündür boğazlı gəlinlik paltarını eleqant şlyapa tamamlayıb.

Qeyd edək ki, Teodor Ruzvelt ABŞ-ın 26-cı, Franklin Ruzvelt isə 1933-1945-ci illər ərzində ABŞ-ın 32-ci prezidenti olub.

1953-cü ildə Ceki Buviye Anna Lou adlı dizaynerə gəlinlik paltarı sifariş edib, lakin toya 10 gün qalmış su xəttinin partlaması səbəbindən Lounun çalışdığı yeri su basıb və on ədəd gəlinlik paltarı, o cümlədən iki ay ərzində hazırladığı Cekinin gəlinlik paltarı yararsız hala düşüb.

Təşvişə düşən Lou yenidən fransız tafta parçası sifariş edərək öz işçiləri ilə birlikdə yalnız son anda Jaklin Kennedinin gəlinlik paltarını hazırlaya bilib.

1953-cü ilin sentyabrın 12-də baş tutan evlilik zamanı cütlük mərasimə 800 qonaq dəvət edib və mərasim Okean sahilində Müqəddəs Mariya kilsəsində baş tutub. Yeni evlənənlərə Roma Papası da xeyir-dua verib.

Qeyd edək ki, onlar görüşdükdən iki il sonra Con Fitcerald Kennedi evlilik təklifi edib və sevgilisinə 2.9 karatlıq brilyant və zümrüd nişan üzüyü hədiyyə edib. Jaklin Kennedi həm də ilk katolik birinci xanım olub.

ABŞ-ın 41-ci prezidenti olmuş Corc Herbert Uolker Buş öz gələcək həyat yoldaşı Barbara Pirs ilə hələ yeniyetmə olarkən tanış olub. ABŞ-ın keçmiş prezidenti Corc Uolker Buş "41" adlı sənədli filmin çəkilişləri zamanı onların ilk görüşləri haqqında danışıb:

"Milad bayramı zamanı rəqs şənliyində idim və orada qırmızı və yaşıl rəngli paltarda bir qız var idi. Mən o gözəl qızın kim olduğunu soruşdum və mənə onun Nyu-Yorklu Barbara Pirs olduğunu söylədilər".

Cütlük 1945-ci ildə ailə həyatı qurub və Barbara Corcun anasının öz toyunda geyindiyi fatanı geyinib.

Laura Leyn Uelş kiçik Corc Buşla 5 noyabr 1977-ci ildə uşaq ikən getdiyi kilsədə, Texasda ailə həyatı qurub. Qayınanasından fərqli olaraq, Laura təmtəraqlı gəlinlik deyil, sadə bəyaz gəlinlik geyinib. Onlar həmin ilin iyul ayında piknik zamanı tanış olublar və cəmi üç ay sonra ailə həyatı qurublar. Corc Buş Texas ştatının qubernatoru olaraq çalışdıqdan sonra 2001-ci ildə ABŞ-ın prezidenti olub.

Hillari Dayan Rodam gələcək prezident Bill Klintonla birlikdə təhsil aldıqları Yeyl hüquq məktəbində tanış olublar. Bill kitabxanada gözlərini ona zillədikdən sonra Hillari yaxınlaşıb və özünü təqdim edib. Onlar bir-birlərinə aşiq olublar və üç il sonra Bill evlilik təklifi edib.

Bill təmtəraqlı toy arzulasa da, Hillari heç nişan üzüyü barədə belə düşünməyib. Onun gəlinlik paltarını isə toya bir gün qalmış anası "Fayetvil Mall"dan alıb. Cütlüyün toyu evlərinin qonaq otağında baş tutub.

Bil Klinton Hillarini razı salmadan öncə dəfələrlə ona evlilik təklifi edib. Hillari sonradan bildirib:

"Mən ona dəlicəsinə aşiq idim, lakin gələcəyim barədə narahat idim. Ona görə "Yox, indi yox" cavabını verirdim ki, bunun da anlamı "Mənə bir az zaman ver" demək idi".


Xəbərə aid fotolar