Daşkənddə "Heydər Əliyev və Özbəkistan" adlı foto sərgi açılıb FOTO


Digərləri 12 Dek 2018 22:38:00 654 0

Daşkənddə "Heydər Əliyev və Özbəkistan" adlı foto sərgi açılıb  FOTO

Özbəkistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.

Son.az bildirir ki, Azərbaycanın Özbəkistandakı Səfirliyinin və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları anım günü münasibəti ilə ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı büstü önünə gül və çiçəklər qoyublar. Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin fəaliyyəti, onun xalqımız qarşısındakı xidmətlərinə həsr edilmiş kitab sərgisi, "Heydər Əliyev və Özbəkistan" foto sərgi təqdim olunub. Qeyd edək ki, sərgi ilə Daşkənddəki bir sıra ali məktəblərin tələbələri və orta məktəblərin şagirdləri də tanış olublar.

Dekabrın 12-də Özbəkistanın "Türküstan" Respublika sarayında Daşkənddəki uşaq evləri arasında keçirilən xeyriyyə Festivalının əsas sponsoru Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi olub. Mərkəz Festivalda iştirakını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edib. Daşkənd şəhərində fiziki qüsurlu və yetim uşaqlar üçün təşkil olunan xeyriyyə festivalında 15 uşaq evinə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hədiyyələr verilib və Mərkəz tərəfindən hazırlanan konsert proqramı təqdim edilib.

Daşkənd Vilayət Həmkarlar İttifaqının sədri Murodcan Nasırov giriş çıxışı edərək "Mexricon" uşaq evləri Asossiyasının Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə artıq ənənəyə çevrilən festivalını yüksək qiymətləndirib və gələcək nəsillər olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlara daim diqqətlə yanaşmağın vacib olduğunu vurğulayıb. O, Özbəkistan dövləti tərəfindən uşaq siyasəti, gələcək nəsillərin xoşbəxt həyatı üçün çoxsaylı işlərin və layihələrin həyata keçirildiyini söyləyib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov uşaqları salamlayaraq, ulu öndər Heydər Əliyev, onun xalqımız üçün xidmətlərindən danışıb, dahi rəhbərin uşaqlara daim qayğı ilə yanaşdığını vurğulayıb. Diplomat Ulu öndərdən sitat gətirərək qeyd edib ki, "uşaqlar bizim gələcəyimizdir. Biz onları necə tərbiyyə edəcəyik, necə öyrədəcəyik, bu cür gələcək bizi gözləyir. Samir Abbasov ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun hər il uşaqlar üçün böyük layihələr həyata keçirdiyini qeyd edib.


Xəbərə aid fotolar