Daşkənddə ulu öndər Heydər Əliyevin anın gününə həsr olunmuş “Heydər Əliyev və Özbəkistan” adlı foto sərgi açılıb (FOTO)


Digərləri 12 Dek 2018 22:35:00 628 0

Daşkənddə ulu öndər Heydər Əliyevin anın gününə həsr olunmuş “Heydər Əliyev və Özbəkistan” adlı foto sərgi açılıb (FOTO)

Özbəkistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.

Bakı. Özbəkistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir. Azərbaycanın Özbəkistandakı Səfirliyinin və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları anım günü münasibəti ilə ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı büstü önünə gül və çiçəklər qoyublar. Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin fəaliyyəti, onun xalqımız qarşısındakı xidmətlərinə həsr edilmiş kitab sərgisi, “Heydər Əliyev və Özbəkistan” foto sərgi təqdim olunub. Qeyd edək ki, sərgi ilə Daşkənddəki bir sıra ali məktəblərin tələbələri və orta məktəblərin şagirdləri də tanış olublar. Dekabrın 12-də Özbəkistanın “Türküstan” Respublika sarayında Daşkənddəki uşaq evləri arasında keçirilən xeyriyyə Festivalının əsas sponsoru Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi olub. Mərkəz Festivalda iştirakını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edib. Daşkənd şəhərində fiziki qüsurlu və yetim uşaqlar üçün təşkil olunan xeyriyyə festivalında 15 uşaq evinə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hədiyyələr verilib və Mərkəz tərəfindən hazırlanan konsert proqramı təqdim edilib. Daşkənd Vilayət Həmkarlar İttifaqının sədri Murodcan Nasırov giriş çıxışı edərək “Mexricon” uşaq evləri Asossiyasının Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə artıq ənənəyə çevrilən festivalını yüksək qiymətləndirib və gələcək nəsillər olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlara daim diqqətlə yanaşmağın vacib olduğunu vurğulayıb. O, Özbəkistan dövləti tərəfindən uşaq siyasəti, gələcək nəsillərin xoşbəxt həyatı üçün çoxsaylı işlərin və layihələrin həyata keçirildiyini söyləyib.