"Oskar"ın təqdimetmə mərasimi qalmaqala görə aparıcısız keçirilə bilər


Digərləri 12 Dek 2018 21:50:00 645 0

"Oskar"ın təqdimetmə mərasimi qalmaqala görə aparıcısız keçirilə bilər

Nüfuzlu "Oskar" mükafatının yaxında gözlənilən 91-ci təqdimetmə mərasimi baş aparıcısız keçirilə bilər.

Son.az "report"-a istinadən bildirir ki, "Variety" nəşrinin mənbəyə istinadən yaydığı məlumata görə, belə bir qərar mükafatı verən Amerika Kino İncəsənət Akademiyasının ustadlrı tərəfindən qəbul oluna bilər.

Komediya ustası Kevin Hartın təyinatın dərhal ardınca mərasim keçirməkdən könüllü -məcburi qaydada imtina etməsindən sonra Akademiya rəhbərliyi və ABC teleşirkəti çətin vəziyyətə düşüb. Vəziyyətdən çıxış yollarından biri kimi isə aparıcıdan imtina edilməsi nəzərdən keçirilir.

Hart ötən həftə "Twitter"də "Oskar"ın təqdimetmə mərasimində aparıcı rolundan imtina etdiyini yazıb və keçmişdə LGBT icmasının ünvanına səsləndirdiyi mənfi fikirlərə görə üzr istəyib.