Serbiyada ulu öndərin xatirəsi anılıb FOTO


Digərləri 12 Dek 2018 21:56:00 751 0

Serbiyada ulu öndərin xatirəsi anılıb  FOTO

12 dekabr 2018-ci il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anım mərasimi keçirilib.

Son.az bildirir ki, mərasimdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları ilə yanaşı Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, Serbiyada fəaliyyət göstərən ölkəmizin "AzVirt" şirkətinin rəhbərliyi, eləcə də burada çalışan azərbaycanlılar iştirak ediblər.

Tədbir iştirakçıları "Taşmaydan" parkına gələrək, görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub və ulu öndərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Anım mərasimində iştirak edən Belqradın "Bayraklı Cami"sinin imamı ümummilli liderin ruhuna dualar oxunub.

Daha sonra tədbir iştirakçıları həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz sadəcə uşaqlar idik" abidəsini ziyarət edib, hər iki abidənin önünə gül-çiçək dəstələri qoyublar.


Xəbərə aid fotolar