Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb


Digərləri 12 Dek 2018 20:52:40 568 0

Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib.

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın Azərbaycandakı səfiri Santyaqo Luis Bento Fernandes Alkasarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Braziliya arasında mövcud olan ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.