ABŞ hökuməti təhlükəsizlik tədbirlərini artırır


Dünya 12 Dek 2018 19:54:00 511 0

ABŞ hökuməti təhlükəsizlik tədbirlərini artırır

Fransadakı son terror hücumu ilə əlaqədar ABŞ hökuməti sərhədlərdə təhlükəsizlik tədbirlərini artıracaq.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter"dəki səhifəsində yazıb.

"Fransada daha pis bir terror hücumu. Biz sərhədlərimizdəki təhlükəsizliyi artırmaq niyyətindəyik", - D.Tramp qeyd edib.