Bakıda lüks butikdən oğurluq kameraya düşdü


Digərləri 12 Dek 2018 19:59:00 782 0

Bakıda lüks butikdən oğurluq kameraya düşdü

Ötən gecə saatlarında paytaxtın Vaqif prospekti 105B ünvanında yerləşən lüks gəlinlik mağazalarından birində oğurluq hadisəsi baş verib. 

Son.az xəbər verir ki, bu barədə oxu.az-a zərərçəkmiş şəxs məlumat verib.

Qarət zamanı mağazanın kassasındakı pullar oğurlanıb. 

Bütün baş verənlər müşahidə kameralarında əks olunub. Bir neçə saniyə ərazində oğrular obyektin qapısını qırıb və kassadakı pulları götürməyə nail olublar.