Həştərxanda ulu öndər Heydər Əliyevin anım mərasmi keçirilib


Digərləri 12 Dek 2018 19:36:44 617 0

Həştərxanda ulu öndər Heydər Əliyevin anım mərasmi keçirilib

Rusiyanın Həştərxan vilayətində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Bakı. Rusiyanın Həştərxan vilayətində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Həştərxan vilayətinin qubernatoru Sergey Morozov, şəhər administrasiyasının rəhbəri Radik Xarisov, Dövlət Komitəsinin nümayəndəsi Heydər Atayev, Azərbaycan diasporunun, eləcə də digər xalqların diaspor nümayəndələrinin iştirak etdiyi anım mərasimi ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra tədbir Heydər Əliyev adına məktəbdə davam etdirilib. Mərasim iştirakçıları ulu öndərin məktəbdəki büstü önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin həyat və fəaliyyətinə aid kitablardan, fotoşəkillərdən ibarət şərgi ilə tanış olublar.