İranlı ekspert: Gələcəkdə iqtisadi münasibətlərdə sanksiyalar rol oynayacaq


Digərləri 12 Dek 2018 19:22:00 784 0

İranlı ekspert: Gələcəkdə iqtisadi münasibətlərdə sanksiyalar rol oynayacaq

ABŞ-ın Çin, Rusiya, İran və bir sıra digər ölkələrə qarşı sanksiyaları onları cərimələmək üçün bir vasitəyə çevrilib.

Bakı. Elnur Bağışov - "ABŞ-ın Çin, Rusiya, İran və bir sıra digər ölkələrə qarşı sanksiyaları onları cərimələmək üçün bir vasitəyə çevrilib. Fikrimcə gələcəkdə iqtisadi münasibətlərdə sanksiyalar əsas rola malik olacaq". Bunu Trend-ə açıqlamasında investisiya, maliyyə və iqtisadi məsələlər üzrə iranlı ekspert Peyman Mövləvi deyib. Onun sözlərinə görə, İranda beynəlxalq maliyyə təminatı və yaxud xarici investisiya ilə əlaqədar hələlik bir çox iş görmək olmaz. İnvestisiyanın maliyyə təminatı bank sistemi vasitəsi ilə həyata keçirilir.