OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb


Digərləri 12 Dek 2018 18:49:00 570 0

OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

2018-ci ilin sonuna Azərbaycanda orta gündəlik neft hasilatının həcminin dəyişməyərək 800 min barel olacağı proqnozlaşdırılır.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə OPEC-in dekabr ayı üzrə hesabatında qeyd edilib.

Hesabata əsasən, OPEC+ çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, 2019-ci ildə ölkədə gündəlik neft hasilatının 20 min barel azalaraq 780 min barel olacağı gözlənilir.

OPEC-in bundan əvvəlki aylıq hesabatında Azərbaycanda gələn il üçün gündəlik hasilatın 10 min barel azalaraq 790 min barel olacağı proqnozlaşdırılırdı.