ADA Universitetinin dəstəyi ilə gənclər üçün konfrans


Digərləri 12 Dek 2018 18:34:00 490 0

ADA Universitetinin dəstəyi ilə gənclər üçün konfrans

"Sosial Girişimcilik və Davamlı İnkişaf Gənclər konfransı 2018" adlı tədbir həyata keçirildi.

"Earthpreneurs Azerbaijan" 7-9 dekabr, 2018 tarixlərində ilk dəfə özünün "Sosial Girişimcilik və Davamlı İnkişaf Gənclər konfransı 2018" adlı tədbirini həyata keçirdi.

Təxmini olaraq 20 seçilmiş gənc tədbirdə iştirak etmək hüququnu qazanmışdı. Üç gün davam edən tədbirinin birinci günü tanışlıq xarakterli oldu. Növbəti iki gün boyunca mühazirələr, treyninqlər və plenar sessiyalar keçirildi və əsas işçi dili ingilis dili idi. "Sosial biznes", "Davamlı inkişaf üçün 2030 Agendası", "Startup marketinq", "Biznes dəyişikliyi" başlıqlı sesiyaları konfransın əsasını təşkil edirdi.


Xəbərə aid fotolar