Ümummilli lider Heydər Əliyevin xatirəsi Dövlət Gömrük Komitəsində yad edilib (FOTO)


Digərləri 12 Dek 2018 18:32:00 521 0

Ümummilli lider Heydər Əliyevin xatirəsi Dövlət Gömrük Komitəsində yad edilib (FOTO)

Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə Dövlət Gömrük Komitəsində anım mərasimi keçirilib.

Bakı. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə Dövlət Gömrük Komitəsində anım mərasimi keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, mərasimdən əvvəl ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki, xalqımız dahi rəhbərin əziz xatirəsini unutmur, daim onun ideyalarına böyük sədaqət nümayiş etdirir. Qeyri-adi şəxsiyyət, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib. Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın azad və müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Bildirilib ki, Heydər Əliyev təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən mahir siyasətçi idi. Komitə sədri qeyd edib ki, dahi rəhbərin ideyaları bu gün də yaşayır. İstər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, istər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ulu öndərin ideyalarının həyatda vəsiqə qazanması, ümummilli liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.