Uels - Azərbaycan matçının stadionu açıqlandı


İdman 12 Dek 2018 18:25:00 723 0

Uels - Azərbaycan matçının stadionu açıqlandı

Uels və Azərbaycan milli komandaları arasında 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin IV tur matçının keçiriləcəyi stadion müəyyənləşib.

Goal.az Uels Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 6-a nəzərdə tutulan görüş "Kardiff Siti" stadionunda baş tutacaq. 

Qeyd edək ki, Uels yığması seçmə mərhələdəki bütün oyunlarını bu arenada keçirəcək. Uels ilə Azərbaycan milliləri Macarıstan, Slovakiya və Xorvatiya yığmalarıyla birgə E qrupunda yer alıb.