Azərbaycan Biznes Keys Müsabiqəsi başa çatıb (FOTO)


Digərləri 12 Dek 2018 17:39:00 538 0

Azərbaycan Biznes Keys Müsabiqəsi başa çatıb (FOTO)

"ABŞ Təhsilli Azərbaycan Məzunları" ictimai birliyi Hilton hotelində Azərbaycan Biznes Keys Müsabiqəsinin final mərhələsini təşkil edib.

Bakı. "ABŞ Təhsilli Azərbaycan Məzunları" ictimai birliyi Hilton hotelində Azərbaycan Biznes Keys Müsabiqəsinin final mərhələsini təşkil edib. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, müsabiqə Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin, o cümlədən: SOCAR AQŞ, Azercell, BP, Coca-Cola, Engin LTD, Azər Türk Bank, Azsığorta, Deloitte, EY, KPMG şirkətlərinin sponsorluğu, ABŞ Səfirliyi və Hilton Hotelinin təşkilati dəstəyi ilə həyata keçirilib. Azərbaycan Biznes Keys Yarışması universitetlərin əsasən maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən ən prestijli biznes yarışmasıdır. Yarışmada analiz üçün tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Business School-un keysləri təqdim edilir.