SHXÇDXdə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib FOTO


Digərləri 12 Dek 2018 17:29:00 676 0

SHXÇDXdə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib  FOTO

Dekabrın 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında, həmçinin yerli idarə, şöbə və bölmələrində, o cümlədən strukturuna daxil olan  qurumlarda Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.

Xidmətdən Son.az-a verilən məlumata görə, SHXÇDX Aparatında keçirilən mərasimdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin memarı olduğunu qeyd edib. O, bildirib ki, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi və sayğı nümunəsi olan böyük azərbaycanlı - Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin elə bir zirvəsidir ki, bu zirvə xalqımızın inkişaf və tərəqqiyə gedən yolunu daim nurlandırır, dövlətimizin gələcəyinə işıq saçır.

Mərasimdə Ümummilli Lider Heydər Əliyevin ömür yolu, ölməz ideyalarından söhbət açılıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin istər daxili, istərsə də xarici siyasətində əldə etdiyi hər bir uğuru Ulu Öndərin zəkasının təcəssümü, onun əmanət qoyub getdiyi milli tərəqqi ideyalarının qələbəsidir.


Xəbərə aid fotolar