"Nar"dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri


Digərləri 12 Dek 2018 17:04:00 868 0

"Nar"dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

"Nar" qış mövsümündə və Yeni il ərəfəsində xaricə səyahətə çıxan abunəçilər üçün yeni sərfəli rominq paketləri təqdim edir. Artıq "Nar" abunəçiləri xarici ölkələrdə olarkən sərfəli qiymətə təqdim olunan 4 yeni  rominq paketindən yararlana bilərlər. Bunun üçün səfərə çıxarkən rominq paketlərindən birini sifariş etmək kifayətdir. Təqdim olunan "Roaming 9" paketi abunəçilərə 500 MB internet, "Roaming 15" paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, "Roaming 18" paketi 1 GB internet,  "Roaming 28" paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. "Roaming 18" və "Roaming 28" paketlərində "WhatsApp" vasitəsilə yazılı mesajlar pulsuzdur. 

Şifariş edilən paketdaxili internet və dəqiqənin balansını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq kifayətdir. "Roaming 9", "Roaming 15" paketlərinin istifadə müddəti 5, "Roaming 18" və "Roaming 28" paketlərinin istifadə müddəti isə 15 gündür.