Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anım tədbiri keçirilib


Digərləri 12 Dek 2018 17:09:00 708 0

Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anım tədbiri keçirilib

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Son.az bildirir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə İnstitutun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva açıb. O, öz çıxışında ulu öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışdı. Azərbaycanın tarixinin 40 ilinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən G.Baxşəliyeva ulu öndərin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşdüyünü qeyd edib:

"Ulu öndər Heydər Əliyev həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə Prezidenti kimi Azərbaycan xalqı üçün misilsiz işlər görüb. Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyev qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdı. Ümummilli liderimiz ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoydu".

G.Baxşəliyeva Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini deyib. İnstitutun rəhbəri bu gün də ulu öndərin yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.


Xəbərə aid fotolar