Bakıda arvadını 5ci mərtəbədən ataraq öldürən şəxsə həbs qətimkan tədbiri seçildi


Kriminal 12 Dek 2018 16:54:00 780 0

Bakıda arvadını 5ci mərtəbədən ataraq öldürən şəxsə həbs qətimkan tədbiri seçildi

Ona qarşı iki maddə ilə ittiham irəli sürülüb

Bakıda həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürən Ramiz Taxveli barəsində həbs qətimkan tədbiri seçilib.

Son.az "report"-a istinadən bildirir ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

İstintaq orqanı tərəfindən R.Taxveliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.