YARAT Gürcüstan rəssamı Vaciko Çaçxianinin fərdi sərgisini təqdim edir


Digərləri 12 Dek 2018 16:57:52 609 0

YARAT Gürcüstan rəssamı Vaciko Çaçxianinin fərdi sərgisini təqdim edir

YARAT Müasir İncəsənət Məkanı sizi Gürcüstan rəssamı Vaciko Çaçxianinin fərdi sərgisinə dəvət edir.

Bakı. YARAT Müasir İncəsənət Məkanı sizi Gürcüstan rəssamı Vaciko Çaçxianinin fərdi sərgisinə dəvət edir. YARAT-dan Trend-ə verilən məlumata görə, sərgi, rəssamın müxtəlif təsviri texnikaların sintezini özündə birləşdirən, tamamilə yeni əsərləri təqdim edir. Bu texnikalardan sənətkar əvvəllər də miflər, ənənələr və mənəvi irsin əsaslı şəkildə marağı üzərində qurulmuş öz immersiv dünyasını yaratmaq üçün istifadə etmişdir. Öz adını sərgiyə vermiş, qurumuş ağaclardan quraşdırılmış monumental meşə instalyasiyası həm antik dövrlərin, həm də digər tarixi keçmişin bir hissəsi olan heykəlləri özündə cəmləşdirir. Taxta pyedestallarda yerləşdirilmiş köhnə, sınıq-salxaq heykəllər, onları qazıyan natamam pazlarla bərkidilib. Həmin pazlar onları birtəhər tutub saxlayır, yaxud əksinə, bir-birindən aralanmasına təhlükə yaradır. Bu instalyasiya, Gürcüstanda, öz qədim mifologiyası və nisbətən yaxın, daha çox ağrılı-acılı keçmişi arasında olan rəvayətlərin hissə-hissə nəql etməsi mahiyyətinə istinad edir. Bu “keçilməz” meşədən azca aralıda, taxtadan hazırlanmış 3 anbar var və onlar Gürcüstanın kənd tikililəri kimi təqdim edilir. Onlardan ikisi, daha iriləri, öz donuq və tutqun şüşəli pəncərələri ilə Gürcüstanın verandalarını xatırladır. Forma baxımından onlar V. Çaçxianinin 2017-ci ildə Venesiya Biennalesinin pavilyonunda istifadə etdiyi tikili ilə eynidir. Bu tikililər də insanı nostalji hisslərə qapadan istirahət məkanları, ailə ilə keçirilən gözəl vaxtlar, insanın öz fərdi səviyyəsində yaşatdığı xatirələri, onun mədəni irsi ilə çətin və mürəkkəb əlaqəsini vurğulayır. Həmin iri tikililərdən birində, nisbətən kiçik anbarda, Şüşə sümüklər adlı yenicə işıq üzü görən video nümayiş etdirilir. Məşhur gürcü nağılında oğul öz anasının ürəyini gerçək olmayan sevgisinə qurban verir. Bu nağılı tutqun və cəsarətli müasir interpretasiyada təqdim edən video, əsrlər boyu mifologiya və folklorun köməyi ilə arzu, həyat və ölüm arasındakı incə əlaqəyə, məşhur Jak Lakanın psixoanalitik nəzəriyyəsini vurğulayır. Rəssam, öz hər şeyi bilmək istəyi və cəsarətli üslubu ilə, bir qayda olaraq, “identiklik”, yəni, ailə, milli mənsubiyyət və “kimlik” anlayışımıza yoxlanılmadan daxil olan nağılları dərindən araşdırır. Rəssamın sözlərinə görə, “bu sərgi, tarix və mifologiya, habelə onların müasir psixologiyanı necə formalaşdırması haqqındadır”. Sərginin kuratoru Suad Qarayeva-Malekidir. Sərgi 14 dekabr 2018 –14 aprel 2019 tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində (Dövlət Bayrağı Meydanının yaxınlığı) keçiriləcək. Giriş sərbəstdir