Dünyanın ən güclü çənələrinin sahibi bilindi VİDEO FOTO


Digərləri 12 Dek 2018 16:06:00 684 0

Dünyanın ən güclü çənələrinin sahibi bilindi  VİDEO  FOTO

"Drakula" adlı qarışqalar dünyanın ən sürətli cəhənglərinə malikdir. Onlar qurbanını tutanda onu 320 km/saat sürətlə dişləyir.

Son.az Royal Society Open Science-yə istinadən bildirir ki, əsl adı "Mystrium camillae" olan "drakula" qarışqaları super imkanlarından istifadə edərək qurbanlarını dişləyir, sonra onu yuvaya daşıyırlar.

ABŞ-ın Nyu-York şəhərindəki Smitson Təbiət Muzeyinin əməkdaşı Endryu Suaresin dediyinə görə, Avstraliya, Afrika və İndoneziyanın tropik meşələrində yaşayan bu qarışqaların cəhəngləri həddən ziyadə sürətlə hərəkət etdiyindən alimlər müşahidələr zamanı saniyədə 480 min kadr çəkən xüsusi kameradan və rentgendən istifadə ediblər.

Məlum olub ki, "drakula" qarışqası qurbanını dişləyəndə onun çənələri 320 km/saat sürətə cəmi 0,000015 saniyədə nail olur.

Cəhənglərin gücü o qədərdir ki, qurbanına dəyəndə onu vurub yıxır.


Xəbərə aid fotolar