Ermənistanda keçmiş baş nazirin müavini həbs oluna bilər


Dünya 12 Dek 2018 15:54:00 346 0

Ermənistanda keçmiş baş nazirin müavini həbs oluna bilər

Ermənistan Xüsusi İstintaq Xidməti (EXİX) keçmiş baş nazirin müavini və Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Gevorgyan barəsində həbs qəti imkan tədbiri seçilməsi üçün məhkəməyə vəsatət göndərib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ağacaniyan bildirib.