Azərbaycanda Şeyx Zahid Gilaninin 800 illik yubileyi keçirilir


Digərləri 12 Dek 2018 15:48:00 526 0

Azərbaycanda Şeyx Zahid Gilaninin 800 illik yubileyi keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Şeyx Zahid Gilaninin 800 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

Tarix İnstitutundan Son.az-a verilən məlumata görə, Şeyx Zahid Gilani Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin ustadı olub.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, müasir mərhələdə dünyanın ən güclü səfəvişünaslıq məktəbi məhz Azərbaycanda - AMEA-nın Tarix İnstitutundadır: "XVI əsr Avropa mənbələrində Şah İsmayıl Səfəvini sufi və ya İsmayıl Sufi Sultan adlandırırlar".

Akademik qeyd edib ki, İnstitut 2019-cu ildə Şamaxı şəhərində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirəcək:

"Müsəlman İntibah Dövrünün yaranıb inkişaf etməsinə Azərbaycan alimləri öz töhfəsini verib. Türk xalqları arasında islamı ilk qəbul edib onun yayılmasında mühüm rol oynayan Azərbaycan xalqı olmuşdur. Azərbaycanda qədim dövrlərdən Tanrıçılıq təkallahlı dini əsas yer tutduğuna görə islamın qəbul edilib yayılması daha sürətli baş verib. Təsadüfi deyil ki, indi də Azərbaycanda Tanrı və Allah ifadələri sinonim kimi paralel işlədilir".


Xəbərə aid fotolar