UEFA reytinqi: Azərbaycan 26-cı pillədə


İdman 12 Dek 2018 15:33:00 627 0

UEFA reytinqi: Azərbaycan 26-cı pillədə

Çempionlar Liqasının qrup mərhələsinin VI turunun ilk günündən sonra UEFA reytinqi açıqlanıb.

Goal.az xəbər verir ki, baş tutan 8 qarşılaşma cədvəldə mövqe dəyişikliyinə səbəb olmayıb.

Almaniya, Belçika, İspaniya, İngiltərə, İtaliya, Hollandiya, Fransa və Portuqaliya xal hesablarını artırıb. Amma bunlar yerdəyişmə üçün yetərli olmayıb.

Rusiya, Hollandiya, Fransa və Serbiyanın hərəsinin bir komandası üçün avrokubok başa çatıb. Sonuncuların mübarizəni davam etdirən yeganə təmsilçisinin dayanması ilə balkanlılar üçün mövsüm yekunlaşıb.

Azərbaycanın mövqeyi də dəyişməz qalıb. Ölkəmiz cari mövsümdə 2,375, son 5 mövsümün nəticələrinə əsasən 19,000 xala malikdir. Azərbaycan siyahıda 26-cıdı. Polşadan 0,250 xal geri qalan ölkəmiz İsraili 0,375 xal qabaqlayır.

Qeyd edək ki, siyahıda İspaniya 1-ci, İngiltərə 2-ci, İtaliya 3-cüdür.