"İstefaya getsəm "Brexit" ləngiyə, hətta pozula bilər"


Dünya 12 Dek 2018 15:30:00 442 0

"İstefaya getsəm "Brexit" ləngiyə, hətta pozula bilər"

Böyük Britaniyanın Baş naziri Tereza Mey ona qarşı etimadsızlıq göstərilməsinə nail olmaq üçün müvafiq proseduru başlayan Mühafizakar Partiyasından olan həmkarlarına cavab verib.

Son.az report-a istinadən xəbər verir ki, T.Mey istefaya gedəcəyi təqdirdə "Brexit" məsələsinin yubanmasına, hətta tamamilə pozulmasına gətirib çıxaracağını, etimadsızlıq barədə səsvermədə iştirak etmək üçün İrlandiya səfərini təxirə saldığını açıqlayıb.

Digər tərəfdən, bu axşama nəzərdə tutulan səsvermə ərəfəsində Nazirlər Kabinetinin ən nüfuzlu üzvləri baş nazirə dəstək veriblər. Belə ki, Tereza Meyin hökumət başçısı vəzifəsində qalmasına tərəfdar olanlar arasında xarici işlər naziri Ceremi Hant, maliyyə naziri Filip Hammond, daxili işlər naziri Səcid Cavid, əmək və təqaüdlər naziri Ember Radd, ətraf mühit mühafizəsi, ərzaq və kənd təsərrüfatı naziri Maykl Gouv, beynəlxalq inkişaf naziri Penni Mordont var.