ICAO tərəfindən Dövlət Mülki Aviasiya Agentliyində keçirilmiş auditin yekun nəticələri açıqlanıb


Digərləri 12 Dek 2018 15:24:00 492 0

ICAO tərəfindən Dövlət Mülki Aviasiya Agentliyində keçirilmiş auditin yekun nəticələri açıqlanıb

Azərbaycan mülki aviasiya sahəsində beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib.

Bakı. 2-11 iyulda Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyində keçirilmiş auditin yekun nəticələri bəlli olub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, bu nəticələrə əsasən, Azərbaycan mülki aviasiya sahəsində beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üzrə son iki il ərzində 23,3% irəliləyiş əldə edib.