Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


Digərləri 12 Dek 2018 15:17:59 601 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri Xiyabana gələrək Ulu öndərin məzarını ziyarət edib, abidəsi önünə gül-çiçək dəstələri düzüb. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib. Ümummilli lider Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində respublikamızın bütün sahələrdə inkişafı və həmin dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli potensialın yaradılmasını uğurla təmin edib. 1993-cü ildə xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra ulu öndərimizin müdrik siyasi kursu, zəngin dövlətçilik təcrübəsi, yorulmaz fəaliyyəti nəticəsində ölkəmizin taleyüklü problemlərinin aradan qaldırılmasına, bütün sahələrdə getdikcə dərinləşən böhranın qarşısının alınmasına, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsinə nail olundu.