Google Trampla düşmənçilik edir? FOTO


Digərləri 12 Dek 2018 15:10:00 713 0

Google Trampla düşmənçilik edir?  FOTO

ABŞ prezidenti Donald Trampın administrasiyası Google korporasiyasından çox narazıdır. Belə ki, Google-un axtarış sorğusu qrafasına "İdiot" sözü yazaraq axtarışa başlayan kimi Trampın fotoları göstərilir.

Son.az Newsweek-ə istinadən bildirir ki, bununla bağlı olaraq Google-un baş direktoru Sundar Piçai ABŞ Konqresinin hüquq komitəsində təşkil olunmuş xüsusi dinləməyə çağırılıb.

Respublikaçı konqresmen Zoi Lofqren soruşub: "Axı bu, necə və niyə olur?! Axtarış sistemi necə işləyir, Trampın fotoları niyə peyda olur?!"

Piçai bildirib ki, axtarış "açar" söz və ya sözlər əsasında milyardlarla veb-səhifədə aparılır.

"Aktuallıq, yenilik, populyarlıq, başqalarının necə istifadə etmələri - bu amillərin hamısını axtarış sistemi nəzərə alır. Həmin amillər əsasında da Google-un axtarış sistemi istifadəçiyə ən yaxşı, optimal nəticələri təqdim edir", - S.Piçai deyib.

Google-un konkret siyasi mövqe tutması ilə bağlı iddialara gəldikdə isə, S.Piçai korporasiyanın hər hansı siyasi mövqeyə malik olmadığını deyib.

"Biz siyasi spektrin sol olmaqla yanaşı, sağ yönündə olan çoxsaylı mənbələrlə çalışırıq. Məqsədimiz də perspektivlərin rəngarəng olmasıdır", - Google-un rəhbəri deyib.


Xəbərə aid fotolar