FİFA ən yaxşı stadionun adını açıqladı


İdman 12 Dek 2018 13:27:00 541 0

FİFA ən yaxşı stadionun adını açıqladı

FİFA tribunalardan meydanın görünməsinə görə ən yaxşı stadionu müəyyənləşdirib.

Goal.az xəbər verir ki, ali futbol qurumu Rusiyanın paytaxtı Moskvada yerləşən "Lujniki" stadionunu buna layiq görüb. 

Qeyd edək ki, Rusiyada keçirilmiş dünya çempionatının 7 oyunu, o cümlədən, açılış və final matçı "Lujniki" stadionunda baş tutub. Arena 81 min azarkeş tutumuna malikdir.