Ançelotti bəxtdən şikayətləndi


İdman 12 Dek 2018 14:13:00 806 0

Ançelotti bəxtdən şikayətləndi

Napoli-nin baş məşqçisi Karlo Ançelotti ÇL-nin qrup mərhələsinin sonuncu turunda Liverpool-la oyunu (0:1) təhlil edib.

Goal.az xəbər verir ki, matç “Enfild” staionunda keçirilib və meydan sahibinin qələbəsilə yekunlaşıb. Mütəxəssis deyib: “Nəticə bizi kədərləndirir. Lakin özümüzü qınamağa dəyməz. Əlimizdən gələni etdik. Qrupdan çıxmaq şansımız çox yaxın idi. Matça yaxşı başladıq. Meydan sahibinin təzyiqi səhvə yol verməyimizə səbəb oldu. İkinci yarıda xaotik bir mənzərə yarandı. Liverpool bir neçə qol şansını əldən verdi. Biz də imkanlardan yararlanmadıq. Oyunun sonları daha gərgin keçdi. Çətin bir qrupda belə oyun göstərdiyimizdən qürur duyuram. Komandam bütün qarşılaşmalarda sonadək mübarizə apardı. Məncə, bəxtimiz gətirmədi. Gücümüzü Avropa Liqasında sınayacağıq. Bu turnirdə daha irəli gedəcəyimizə əminəm”.

Xatırladaq ki, bu qrupun PSG - Crvena Zvezda matçında parislilər qələbəyə sevinib-4:1. Beləliklə, C qrupundan PSG (11xal) və Liverpool (9 xal) pley-off mərhələsinə çıxıb. Napoli (9xal) Avropa Liqasında mübarizə aparacaq. Qrup sonuncusu Srvena Zvezda (4 xal) Avrokuboklarda çıxışını dayandırıb.