Polis rəisi Rəqsanənin evini əlindən alır


Şou-biznes 12 Dek 2018 14:02:00 683 0

Polis rəisi Rəqsanənin evini əlindən alır

Qaradağ Rayon Polis İdarəsinin rəisi İbrahimov Əli Fərman oğlu müğənni Rəqsanə İsmayılovanın mənzilini əlindən alır

.

Son.az open.az-a istinadən xəbər verir ki, polis rəisi Rəqsanə İsmayılovanı məhkəməyə verərək müğənninin Nəsimi rayonunda yerləşən mənzilindən istifadə hüququna xitam verilməsini tələb edib.

İşə Nəsimi Rayon Məhkəməsində baxılıb və polis rəisinin iddiası təmin edilib.

Qərarla razılaşmayan Rəqsanə İsmayılova Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məhəmmədovun sədrliyi ilə baxılaraq xüsusi qərar çıxarılıb. Qərara əsasən, Rəqsanə İsmayılovanın şikayəti təmin edilməyib.

Bununla da razılaşmayan müğənni Konstutisiya Məhkəməsinə müraciət edib. Hazırda onun şikayəti icraata götürülüb.