Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi göstəricilərin yaxşılaşması ilə əlaqədar Mərkəzi Asiya üzrə proqnozu artırıb


Digərləri 12 Dek 2018 14:10:00 767 0

Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi göstəricilərin yaxşılaşması ilə əlaqədar Mərkəzi Asiya üzrə proqnozu artırıb

Asiya İnkişaf Bankı Azərbaycanda dövlət investisiyalarının və "Şahdəniz" qaz-kondensat yatağında hasilatın artması ilə əlaqədar 2019-cu il üçün Mərkəzi Asiyanın ümumi daxili məhsulu üzrə proqnozu 4,2 faizdən 4,3 faizədək artırıb.

Son.az bu barədə Trend-ə istinadən bildirir.

Eyni zamanda bank, Azərbaycanda inflyasiya proqnozlarının yaxşılaşması ilə əlaqədar 2018-ci il üzrə Mərkəzi Asiya regionunda inflyasiya proqnozunu 8,4 faizdən 8 faizədək azaldıb.