"Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı Avropa Məhkəməsində müsbət nəticə əldə oluna bilər"


Digərləri 12 Dek 2018 13:30:00 759 0

"Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı Avropa Məhkəməsində müsbət nəticə əldə oluna bilər"

Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlə əlaqədar gələn il müsbət nəticə əldə oluna bilər. Bu məsələdə kommunikasiya davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Avropa məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır: "Artıq bu fakt Avropa Məhkəməsində tanınıb".

A.Bağırov qeyd edib ki, həm dövlət, həm də ictimaiyyət bu məsələni diqqətdə saxlayır: "Bu, bizim ən böyük problemlərimizdən biridir. Qondarma rejim tərəfindən bizim vətəndaşların hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqəti göstərir".