Kollegiya sədri: "Azərbaycanda vəkillərin cəzalandırılması ilə bağlı yayılan fikirlər əsassızdır"


Digərləri 12 Dek 2018 13:18:00 743 0

Kollegiya sədri: "Azərbaycanda vəkillərin cəzalandırılması ilə bağlı yayılan fikirlər əsassızdır"

Azərbayca Vəkillər Kollegiyasının vəkillərin fəaliyyətinə xitam vermək səlahiyyəti yoxdur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kollegiyanın sədri Anar Bağırov deyib.

O bildirib ki, kollegiya yalnız vəkilin fəaliyyətini dayandıra bilər: "Vəkillər Kollegiyası vəkilin fəaliyyətini dayandıra bilər və vəkilin fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Son sözü və son qərarı məhkəmə qəbul edə bilər".