5 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycana daxil olmasının qarşısı alınıb (FOTO)


Digərləri 12 Dek 2018 13:08:09 730 0

5 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycana daxil olmasının qarşısı alınıb (FOTO)

5 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycana daxil olmasının qarşısı alınıb.

Bakı. Trebd: Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində son günlərdə buraxılış məntəqələrində 5 şəxsin saxta sənədlərlə dövlət sərhə­dindən keçmələrinin qarşısı alınıb. DSX-nin Mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, dekabrın 2-də Moskva-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1989-cu il təvəllüdlü Ənvər Coninin Böyük Britaniyaya məxsus pasportun qis­mən saxta olması, 4 dekabr tarixində Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı 1984-cü il təvəllüdlü İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması müəyyən olunub. Bundan başqa, 5 dekabr tarixində Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1993-cü il təvəllüdlü Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların saxta olması, 6 dekabrda Ərbil-Bakı reysi ilə uçub gələn Böyük Britaniya vətəndaşı 1984-cü il təvəllüdlü Suar Solav Mohammed Aminin pasportunun saxta olması müəyyən edilib, araşdırma zamanı üzərindən ona məxsus İraq vətəndaşı 1982-ci il təvəllüdlü Qahriya Sulaiman Husseinin adına olan pasport aşkar olunub.