Bakı Ali Neft Məktəbinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi


Digərləri 12 Dek 2018 12:53:00 714 0

Bakı Ali Neft Məktəbinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi

Bu gün Azərbaycanda ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilir.

Son.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin (BANM) kollektivi də ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anmaq üçün Fəxri Xiyabanı ziyarət ediblər. Anım mərasimində BANM-ın rektoru Elmar Qasımov, prorektorlar, professor-müəllim heyəti, administrativ kollektiv və tələbələri ulu öndərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Fəxri Xiyabanı ziyarət zamanı həmçinin akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub və məzarı üstünə güllər qoyulub.