Almaniyada miqrantlar qaçqın yataqxanasını yandırdılar VİDEO


Dünya 12 Dek 2018 12:26:00 391 0

Almaniyada miqrantlar qaçqın yataqxanasını yandırdılar  VİDEO

Almaniyanın cənubunda etiraz aksiyası keçirilir.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, iğtişaş nəticisində polis əməkdaşı da daxil olmaqla 11 nəfər yaralanıb.

Almaniyanın Bavariya vilayətinin Bamberq rayonunda miqrantlar etiraz aksiyası təşkil ediblər. Onlar daş, metal barmaqlıqlarla polisə, mühafizə işçilərinə hücum edib, qaçqın yataqxanasını yandırıblar. 11 nəfər yanğın zamanı xəsarət alıb.

Aksiyalara görə 8 nəfər saxlanılıb. Hadisə ötən gecə baş verib. Səhərki polis reydi sayəsində binadan xeyli malların oğurlandığı aşkarlanıb.