Bakıda həyat yoldaşını 5-ci mərtəbədən ataraq öldürən şəxs tutuldu


Digərləri 12 Dek 2018 12:29:34 484 0

Bakıda həyat yoldaşını 5-ci mərtəbədən ataraq öldürən şəxs tutuldu

Daxili İşlər Nazirliyi (DİN) Bakıda qadının eyvandan atılması ilə bağlı məlumat yayıb.

Bakı. Daxili İşlər Nazirliyi (DİN) Bakıda qadının eyvandan atılması ilə bağlı məlumat yayıb. DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 9-da Nəsimi rayonu ərazisində Adeliya Taxvelinin yaşadığı mənzilin eyvanından özünü atması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat tədbirləri görülüb. Araşdırmalarla A.Taxvelinin münaqişə zəminində əri Ramiz Taxveli tərəfindən qəsdən eyvandan atılması müəyyən edilib.