Vurduğu qol Dembeleni xilas etmədi - cəzalandı


İdman 12 Dek 2018 11:33:00 790 0

Vurduğu qol Dembeleni xilas etmədi - cəzalandı

Məşqlərə müntəzəm yubanması Usman Dembeleyə baha başa gəlib.

Goal.az xəbər verir ki, Barcelona fransalı hücumçunu 100 min avro həcmində cərimələyib. Klub bu məsələni, ajiotaj yaratmamaq üçün, ictimaiyyətə Çempionlar Liqasında keçirilən Tottenham matçından (1:1) sonra açıqlayıb. Bu oyunda Kataloniya klubunun qolunu məhz Dembele vurub.

Fransalı əvvəllərdə müxtəlif bəhanələrlə məşqə yubanıb. Sonuncu dəfə yuxuya qaldığı üçün məşqə iki saat gecikməsini rəhbərlik ona bağışlamayıb.

21 yaşlı futbolçu bu mövsüm 14 matçda meydana çıxıb və 6 qol vurub.