Bu il 50 mindən artıq insan işlə təmin olunub


Digərləri 12 Dek 2018 11:18:55 702 0

Bu il 50 mindən artıq insan işlə təmin olunub

Yanvar-noyabr aylarında dövlət məşğulluq orqanları ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50,2 min nəfəri işlə təmin edib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2018-ci ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50211 işsiz və işaxtaran şəxs işlə təmin edilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ildə 7,3 minədək şəxs cəlb olunub. Onlardan bu günədək artıq 2,7 min şəxsə proqram çərçivəsində mal və materiallar verilərək kiçik ailə təsərrüfatları yaradılıb.