PAŞA Bank “The Banker” tərəfindən “İlin Bankı” adına layiq görüldü


Digərləri 12 Dek 2018 10:34:26 542 0

PAŞA Bank “The Banker” tərəfindən “İlin Bankı” adına layiq görüldü

Yeni inkişaf strategiyası çərçivəsində önəmli irəliləyişlər əldə edən Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank hər il müxtəlif nüfuzlu mükafatlarla təltif olunur.

Bakı. Yeni inkişaf strategiyası çərçivəsində önəmli irəliləyişlər əldə edən Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank hər il müxtəlif nüfuzlu mükafatlarla təltif olunur. Ötən il olduğu kimi bu il də Bank “The Banker” maliyyə nəşri tərəfindən “İlin Bankı” mükafatına layiq görülüb. Təqdimetmə mərasimində mükafat PAŞA Bank adından İdarə Heyətinin Sədrinin müşaviri Turxan Mahmudova təqdim edilib.