Bu il 52 rayon və şəhərdə işəgötürənlərin məlumatlandırılması məqsədi ilə dəyirmi masalar keçirilib


Digərləri 12 Dek 2018 09:54:47 756 0

Bu il 52 rayon və şəhərdə işəgötürənlərin məlumatlandırılması məqsədi ilə dəyirmi masalar keçirilib

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərin məlumatlandırılması məqsədi ilə 52 rayon və şəhərdə dəyirmi masalar keçirib.

Bakı. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərin məlumatlandırılması məqsədi ilə 52 rayon və şəhərdə dəyirmi masalar keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirlər “Məşğulluq haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar, həmçinin “Sosial tərəfdaşlığın məşğulluğun təminatında rolu” və “Qeyri-rəsmi məşğulluğun qarşısını alınması” mövzularında işəgötürənlərin məlumatlandırılması məqsədi daşıyıb.