Kişilər yaşlandıqca niyə kövrəkləşir? FOTO


Digərləri 12 Dek 2018 09:45:00 740 0

Kişilər yaşlandıqca niyə kövrəkləşir?  FOTO

Kişilərin əksəriyyəti yaşlandıqca kövrəkləşir, adi şeylərdən təsirlənir, hətta bəzən gözləri də yaşarır.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunun səbəbi kişilik hormonu sayılan testosteronun yaş artıqca azalmasıdır.

40 yaşından sonra kişilərdə testesteron səviyyəsi xeyli aşağı düşür. Bununla da onlar daha az aqressiv olurlar və müəyyən qədər kövrəkləşirlər.

Testosteron oğlanı kişiyə çevirən, eləcə də, kişini qadından fərqləndirən əsas hormondur. Buna görə də, qadınlar steroid qəbul etmədiyi müddətdə heç vaxt kişilər qədər iri ola bilmirlər. Testosteron hormonu yaş artdıqca azalır və bu hormonun azlığı digər neqativ hormonlar sayılan kortizol, estrogenin artmasına şərait yaradır.


Xəbərə aid foto