Beyləqanda yanğın: yaralanan var


Digərləri 12 Dek 2018 09:14:00 556 0

Beyləqanda yanğın: yaralanan var

Beyləqanda 2 otaqlı ev yanıb.

FHN-dən Son.az-a verilən məlumata görə, rayonun Əlinəzərli kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.