"Facebook"un Kaliforniyadakı qərargahında partlayış təhlükəsi təsdiqini tapmayıb


Digərləri 12 Dek 2018 08:46:00 445 0

"Facebook"un Kaliforniyadakı qərargahında partlayış təhlükəsi təsdiqini tapmayıb

ABŞ-ın Menlo-Park şəhərində (Kaliforniya ştatı) yerləşən "Facebook" şirkətinin qərargahında partlayıcı qurğunun olması barədə məlumat təsdiqini tapmayıb

Bakı. ABŞ-ın Menlo-Park şəhərində (Kaliforniya ştatı) yerləşən "Facebook" şirkətinin qərargahında partlayıcı qurğunun olması barədə məlumat təsdiqini tapmayıb. Trend-in məlumatına gröə, bu barədə Menlo-Park şəhərinin polis idarəsinin "Twitter" səhifəsində bildirilir. Bildirilir ki, təhlükəsizlik baxımından kampusda yerləşən bir neçə bina təxliyə edilib. Yoxlamaların nəticələrinə görə, şübhəli bağlama və ya qurğu aşkar edilməyib.